Ebru Gündəş Rza Zərrabdan boşanır
16-04-2021, 11:47
427

Ebru Gündəş Rza Zərrabdan boşanır

Türkiyəli müğənni Ebru Gündeş 11 ildir evli olduğu iş adamı Rza Zərrabdan boşanır.
 Türkiyə mətbuatı xəbər verir ki, E.Gündeş məhkəməyə müraciət edərək həyat yoldaşı tərəfindən xəyanətə məruz qaldığını bildirib.
Qeyd edək ki, E.Gündeş iş adamı ilə 2010-cı ildə ailə qurub, bir il sonra cütlüyün Alara adını verdikləri qızları dünyaya gəlib.
Xatırladaq ki, E.Gündeşlə Azəri qızı Günel Rza Zərraba görə düşmən olmuşdu. Buna səbəb R.Zərrabın Günelin eks-nişanlısı olması idi. Günel 8 illik nişanlısını bəstələrini verməsi üçün Ebruyla tanış edib. Həmin hadisədən sonra Ebruyla Rezanın sevgi münasibəti başlayıb. Evlənməyə hazırlaşan Günelin arzusu yarımçıq qalıb. R.Zarrab 2010-cu ilin fevralında Gündeşlə ailə qurub. Həmin dönəmlər Günelin türk mediasına Ebru Gündeşlə bağlı verdiyi açıqlamalar xeyli səs-küy yaratmış, sənətçilərin qalmaqalı uzun müddət gündəmdə qalmışdı. 

Oxşar xəbərlər