Berlində minlərlə insan karantinə etiraz edir - VİDEO
21-04-2021, 18:30
201

Berlində minlərlə insan karantinə etiraz edir - VİDEO

Almaniyanın paytaxtı Berlinin mərkəzində dörd mindən çox insan koronavirus məhdudiyyətlərinə etiraz edir.
“Morgenpost” xəbər verir ki, Bundestaqın qarşısına toplaşan etirazçılarla polis arasında qarşıdurma yaranıb.
Hüquq mühafizəçiləri etirazçılara qarşı bibər qazından istifadə edib, mitinqi güc tətbiq edərək dayandırıb və onlarla insanı nəzarətə götürüblər.
Qeyd edək ki, yoluxma sayına görə dünya dövlətləri arasında ilk onluğa daxil olan Almaniyada bu günə qədər 3 180 810 nəfər koronavirusa yoluxub, 81 086 xəstə ölüb.

Oxşar xəbərlər