Dünya
22-04-2021, 10:09
162
Paşinyanı yumurta atəşinə tutdular - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurda Şurnuxu kəndinin sakinləri tərəfindən yumurta atəşinə tutulub.
Ermənistan KİV xəbər verir ki, polis Paşinyanın kortejinin kənd ərazisindən maneəsiz keçməsi üçün “kardon” yaratsa da, qəzəblənmiş Şurnuxu sakinləri Paşinyanın karvanına yumurta atıblar.
Qeyd edək ki, Şurnuxu kəndi sərhədlərin dəqiqləşdirilməsindən sonra həmsərhəd kəndə çevrilib. Kənd sakinlərinin işğal dövründə mənimsədikləri torpaqlar Azərbaycana qaytarılıb.
Şurnuxuda hakimiyyətdən narazılığın səbəbi sərhədlərin bu şəkildə dəqiqləşdirilməsidir. Bu bölgədə bəzi icma başçıları baş nazirin istefasını tələb ediblər.