Rusiyada təyyarə qəzaya uğradı - 2 nəfər öldü
23-04-2021, 12:38
192

Rusiyada təyyarə qəzaya uğradı - 2 nəfər öldü

Rusiyanın İrkutsk vilayətinin Çeremxovsk rayonunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.
Bildirilib ki, təyyarə rayonun Rısevo qəsəbəsi yaxınlığında yerə düşüb.
İlkin məlumata əsasən, təyyarə kustar üsulla düzəldilib. Qəzanın səbəbi araşdırılır.

Oxşar xəbərlər