İsrail tankları Həmasa aid hərbi obyekti atəşə tutdu
24-04-2021, 11:12
256

İsrail tankları Həmasa aid hərbi obyekti atəşə tutdu

Qəzzadan İsrailə 3 raket atıldığı açıqlandıqdan sonra İsrail-Qəzza sərhədində yerləşdirilən tanklar Həmasa aid müşahidə nöqtələrini hədəf alıb.
İsrail ordusunun “Twitter” hesabından verilən açıqlamada Həmasa aid bir hərbi obyektin tanklar tərəfindən vurulduğu ifadə edilib.
Başqa bir məlumatda isə Qəzzadan İsrailə bir çox raket mərmisinin atıldığı diqqətə çatdırılıb. Lakin hələ ki Qəzzadan atılan raketlərin məsuliyyətini heç kim boynuna götürməyib.
Hücumda insan itkisinin olub-olmadığı barədə məlumat paylaşılmayıb. 

Oxşar xəbərlər