“ABŞ prezidenti tarixin saxtalaşdırılmasına şərik oldu”
25-04-2021, 11:28
228

“ABŞ prezidenti tarixin saxtalaşdırılmasına şərik oldu”

“ABŞ Prezidenti Co Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi bir daha dünyanın ikili siyasətini, beynəlxalq hüququ özlərinin maraqlarına qurban verdiklərini təsdiqləyir”.
Bunu  “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
O, deyib ki, prezident Baydenin 1915- ci il hadisələrindən 106 il sonra, indiyədək ABŞ dövlət başçılarından heç birinin haqlı olaraq dilə gətirmədiyi qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi istər-istəməz belə bir sualın gündəmə gətirilməsinə əsas yaradır: Nədən erməni yalanını həqiqət kimi qəbul edib tarixdə heç vaxt baş verməmiş uydurma “erməni soyqırımı”nın törədildiyini iddia edən ABŞ kimi dünyanın nüfuzlu dövləti çox da uzaq olmayan bir tarixdə, 30 il bundan əvvəl real həyatda baş vermiş dəhşətli faciəyə - ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri XX əsrin ən qəddar soyqırımı aktına ədalətli qiymət verməkdə çətinlik çəkir? 
Amma qaniçən ermənilər və onların havadarları anlamalıdırlar ki, bu kimi əsassız cəhdlər əbəsdir. ABŞ Prezidentinin “erməni soyqırımı” ifadəsini işlətməsi qətiyyən Türkiyəyə təsir vasitəsi ola bilməz. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ermənilərin və erməni diasporunun apardığı bu təbliğatın nə qədər həqiqətdən uzaq, əsassız olduğunu, siyasi məqsəd daşıdığını çox yaxşı bilirlər. Tarixi faktlar da sübut edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər qətlə yetirilməyib, əksinə türk və Azərbaycan xalqları ötən əsrin müxtəlif dövrlərində bədnam qonşularımız tərəfindən misli görünməmiş soyqırımına məruz qalıblar. Türkiyənin və Azərbaycanın şəhərləri, kəndləri erməni quldur dəstələri tərəfindən yerlə-yeksan edilib, müsəlman olduqları üçün milyonlarla günahsız insan ən vəhşi üsullarla qətlə yetirilib.
“Amma təəssüf ki, 106 ildir bu gerçəkliyin fonunda bəşəriyyət tarixin ən çirkin, ən məkrli yalanları ilə üz-üzə dayanıb. Bu uydurmaya görə, guya Osmanlı dövləti tərəfindən Türkiyənin Şərqi Anadolu bölgəsində 1,5 milyon, bəzən isə daha böyük, fantastik rəqəmlərlə ifadə olunan sayda erməni əhalisi “soyqırımı”na məruz qalıb. Həqiqətdə o dönəmdə heç dünyada bu sayda erməni yaşamayıb. Bu cür yalanları yalnız tarixi saxtalaşdırıb artılq bir əsrdən çoxdur ki, qonşu dövlətlərə, xüsusilə Türkiyəyə və Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən ermənilər formalaşdıra bilərlər. Dünyanın hansı guşəsində törədilməsindən asılı olmayaraq tarixin heç bir dönəmində insanların kütləvi qırğını faktını gizlətmək mümkün deyil. Çünki bu cür faciələr kütləvi məzarlıqlarla, qətliamları təsdiqləyən sənədlərlə sübuta yetirilməlidir. Ancaq vəhşi toplum olan ermənilərin və onların havadarlarının uydurduqları “soyqırımı” təsdiqləyən heç bir sənəd, iz yoxdur. Bir əsrdən artıqdır ki, təsdiqini tapmayan “erməni soyqırımı” uydurması yalan, məkrli siyasətə xidmət edir. Bəzi supergüclər tərəfindən həyata keçirilən bu çirkin siyasətin əsas səbəbi ermənilərin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləmək, bu iki qardaş ölkəyə təzyiq göstərmək, müxətlif siyasi sövdələşmələrdən istifadə etməklə ermənilərin işğalçılıq əməllərinə göz yummaqdır”.

Oxşar xəbərlər