Əfqanıstanda binaya raket atıldı: Yaralılar var
26-04-2021, 13:19
158

Əfqanıstanda binaya raket atıldı: Yaralılar var

Əfqanıstanın şərqindəki Kunar əyaləti administrasiyasının binasına raket zərbəsi endirilməsi nəticəsində ən azı beş nəfər yaralanıb.
Bu barədə əyalət şurasının sədri Valayet Xan Maşvani bildirib.
Onun sözlərinə görə, raket həmin anda Quran oxumaq yarışmasının keçirildiyi salona düşüb. Raketin haradan buraxıldığı hələ məlum deyil. Kunar qubernatoru İqbal Səid də hücum faktını təsdiqləyib.

Oxşar xəbərlər