Rusiya Qarabağ ermənilərinə vaksin daşıyır
26-04-2021, 16:11
156

Rusiya Qarabağ ermənilərinə vaksin daşıyır

Rusiya tərəfi Azərbaycanın Yuxarı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin vaksinasiyasına başlayır.
Aprelin 26-da Qarabağ sakinlərinin peyvəndlənməsi üçün 7500 cüt doza "Sputnik V" vaksini “Aeroflot” təyyarəsi ilə Moskvadan Yerevana çatdırılıb.
Bu barədə Rusiya-Ermənistan "Lazarevski klubu" məlumat yayıb.
“Lazarevski Klubu"nun koordinatoru, ermənipərəst deputat Konstantin Zatulin deyib ki, hələ bu ilin yanvar ayında Rusiya Dövlət Duması onun təklifi ilə hökumətə “qaynar nöqtə”lərdə yaşayan əhalinin vaksinasiyasına kömək üçün müraciət edib. Qarabağ erməniləri də həmin siyahıya daxil edilib.

Oxşar xəbərlər