Qonşu ölkədə daha 338 nəfər koronavirusdan öldü
6-05-2021, 16:03
141

Qonşu ölkədə daha 338 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 338 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 73 906 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 18 409 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 610 018 nəfərə çatıb.

Oxşar xəbərlər