“Bəzi məsələlərdə Moskva ilə Ankaranın mövqeyi haçalanır” - Çavuşoğlu
6-05-2021, 21:15
210

“Bəzi məsələlərdə Moskva ilə Ankaranın mövqeyi haçalanır” - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Rusiya ilə ölkəsi arasında münasibətlərə toxunub.
Mövlud Çavuşoğlu Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibə verərkən bunları deyib.
“Biz Rusiya ilə mümkün olan məqamlarda əməkdaşlıq edirik. Amma lazım olanda da mövqeyimizdən dönmürük. Rusiya ilə dialoq regional və beynəlxalq stabilliyə xidmət edəcək. Suriya buna nümunədir. Aydındır ki, mövqelərimiz fərqlənir ancaq birgə işləməyin yolunu tapmışıq”- deyə Çavuşoğlu söyləyib.

Oxşar xəbərlər