Xidmət yoldaşını öldürən erməni əsgər həbs edildi
10-05-2021, 22:37
186

Xidmət yoldaşını öldürən erməni əsgər həbs edildi

Ermənistan silahlı qüvvələrinin əsgəri A.A. xidmət yoldaşı Artyom Melkonyanın ölümü ilə əlaqəli açılmış cinayət işi çərçivəsində həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, hərbi qulluqçu Ermənistan Cinayət Məcəlləsinin 373-cü maddəsinin 3-cü hissəsi (silahla davranma qaydalarının pozulması, ehtiyatsızlığın ölümlə nəticələnməsi) ilə ittiham olunur.

Müstəntiqlər daha əvvəl hərbi qulluqçunun həbsi üçün vəsatət qaldırmışdılar. İşin ibtidai istintaqı davam edir.

Xatırladaq ki, 4 may tarixində sərhədin cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində əsgərin silahla davranma qaydalarını pozması nəticəsində xidmət yoldaşı Artyom Melkonyan (2002-ci il təvəllüdlü) ölüb.

Oxşar xəbərlər