Kazanda orta məktəbdə atışma: Ölən var
11-05-2021, 11:44
217

Kazanda orta məktəbdə atışma: Ölən var

Rusiyanın Kazan şəhərində orta məktəbdə atışma baş verib.
 “Tatar-inform” xəbər verir ki, 175 nömrəli məktəbin binasında iki naməlum şəxs atəş açıb.
Atışma zamanı onlardan birinin öldüyü və digərinin yaralandığı məlumdur.
20-dən çox təcili yardım maşını təhsil müəssisəsinin önündə toplaşıb. Xüsusi təyinatlı polis (OMON) artıq hadisə yerindədir.
Atəş açan şəxsin tutulduğu deyilir. Faciənin səbəbləri araşdırılır.
Ölən və yaralananların sayı barədə məlumat yoxdur.

Oxşar xəbərlər