Sabahdan Türkiyədə bir çox qadağalar ləğv olunur
16-05-2021, 12:10
211

Sabahdan Türkiyədə bir çox qadağalar ləğv olunur

Sabahan Türkiyədə sərt karantin rejimi ləğv ediləcək.
Bakıtv.az “hürriyet”ə istinadən xəbər verir ki, COVID-19 infeksiyası ilə mübarizə üçün tətbiq edilən bir çox qadağalar aradan qaldırılacaq.
Sabahdan həftə sonu saat 10.00-dan 17.00-dək market, dükan və baqqaliyyələr açıq olacaq. Bundan başqa, Türkiyədə həftə içi küçəyə çıxma yasağı saat 21-dən 05.00-dək davam edəcək.
Qardaş ölkədə mayın 17-dən iyunun 1-dək kafe, çayxana, kinoklublar, internet kafe, üzgüçülük hovuzları və idman zalları qapalı qalacaq. Toy, xınayaxdı və digər mərasimlər də bu tarixə qədər qadağan edilir.
Bundan başqa, 65 yaş və ondan yuxarı yaşda olanlar iki doza COVID-19-a qarşı peyvənd olunanlar və 18 yaşdan az olanlar üçün küçəyə çıxma məhdudiyyətləri olmayacaq.

Oxşar xəbərlər