“Paşinyan və Koçaryanın qələbəsinə imkan vermək olmaz” - Ter-Petrosyan
16-05-2021, 19:05
221

“Paşinyan və Koçaryanın qələbəsinə imkan vermək olmaz” - Ter-Petrosyan

Erməni Milli Konqresi iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. “Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu təşkilatın lideri, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan konqresin qurultayında bildirib.
O, partiyası tərəfindən göstəriləcək namizədlər siyahısına başçılıq edəcək. Levon Ter-Petrosyan keçmiş prezident Robert Koçaryanın da qələbəsini istisna edib. 
Onun sözlərinə görə, Nikol Paşinyan və ya Robert Koçaryanın qələbəsi daxili siyasi mübarizənin davam etməsinə səbəb olacaq: “Belə şəraitdə aktual problemləri həll etmək mümkün olmayacaq”.
Ter-Petrosyan bildirib ki, bu halda daxil sabitlik təmin olunsa belə, mühacirətin tempi sürətlənəcək.

Oxşar xəbərlər