Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin artıb
17-05-2021, 19:18
187

Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin artıb

Bu ilin ilk 4 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 382 mənzil satın alıblar.
Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlarda bildirilir ki, azərbaycanlılar aprel ayı ərzində Türkiyədən 131 mənzil alıblar. 
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin aprel ayında Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin artıb. Belə ki, 2020-ci ilin aprel ayında azərbaycanlılar Türkiyədən builkindən təxminən 4 dəfə az - 35 mənzil satın alıblar.
Onu da bildirək ki, son ildə 7 ildə Azərbaycan vətəndaçları Türkiyədn 6 min 469 mənzil alıblar:
İllərMənzillərin sayı
2015815
2016610
2017942
20181 250
20191 191
20201 279
2021
Yanvar-aprel
382
Cəmi6 469

Oxşar xəbərlər