Dünya
18-05-2021, 12:11
175
Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanıldı
Yerevanda Ermənistanın sabiq nəqliyyat və rabitə naziri, Yerevanın keçmiş meri Qaqik Beqlaryan hava limanında saxlanılıb.
Erməni KİV-lərin məlumatına görə, bu barədə polisin mətbuat xidməti bildirib.
Sabiq nazir Moskvadan qayıdarkən saxlanılıb. Q.Beqlaryan 2020-ci ilin martında vəzifə səlahiyyətlərindən sui-istifadə və iri məbləğdə vəsait mənimsəmə ittihamları ilə axtarışa verilmişdi.
O, 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Ermənistandan getmişdi.