Xəyanət edərkən arvadı gəldi: Özünü 5-ci mərtəbədən atdı
19-05-2021, 19:40
188

Xəyanət edərkən arvadı gəldi: Özünü 5-ci mərtəbədən atdı

Braziliyalı musiqiçi MC Kevin arvadını aldatdığı otel otağından qaçmaq istəyərkən eyvandan yıxılıb.
Xarici KİV xəbər verir ki, əsl adı Kevin Nascimento Bueno olan 23 yaşlı musiqiçi dünyasını dəyişib.
Yeni evlənən ifaçı sevgilisi ilə otelə gedib. Onun xəyanətindən arvadı xəbər tutub. Otaqda olan zamanı kimsə qapını açmağa çalışıb, Kevin arvadının gəldiyini düşünüb. O, eyvana qaçıb gizlənmək istəyib.
Sənətçi aşağı mərtəbədəki eyvana düşməyə çalışıb. Onun bu cəhdi faciə ilə sonlanıb. Yıxılan Kevin yerindəcə can verib. Beşinci mərtəbədən düşən müğənnini xilas etmək mümkün olmayıb. (axşam.az)

Oxşar xəbərlər