Bu ölkə iyunun 1-dən karantin məhdudiyyətlərini ləğv edir
24-05-2021, 10:59
176

Bu ölkə iyunun 1-dən karantin məhdudiyyətlərini ləğv edir

İsraildə ölkə daxilində tətbiq olunan bütün Covid-19 məhdudiyyətləri iyunun 1-dən etibarən qaldırılacaq.
Bu barədə Səhiyyə Naziri Yuli Edelstein açıqlama verib. O, bu qərarın İsraildə uzun müddətdir davam edən aşağı və sabit yoluxma sayı ilə əlaqədar olduğunu bildirib.
Nazir eyni zamanda qapalı yerlərdə maska taxma qadağasının davam edəcəyini və İsrailə giriş-çıxış məhdudiyyətlərinin qaldırılmayacağını, hətta lazım gələrsə, daha da sərtləşdiriləcəyini vurğulayıb.

Oxşar xəbərlər