Dünya
24-05-2021, 12:47
177
“Avroviziya“ qalibi çıxışından əvvəl narkotika çəkib? “Mən axmağam...“
Avroviziyada İtaliyaya birincilik gətirən “Maneskin” qrupunun solisti David Damiano müsabiqədə narkotik maddə çəkməsi barədə danışıb.
Xarici mətbuat xəbər verir ki, ifaçı həyatı boyu narkotik maddə istifadə etmədiyini açıqlayıb:
“Mən bu maddələrə tamamilə qarşıyam. Həyatımda heç vaxt istifadə etməmişəm, həmçinin bütün Avropanın izlədiyi canlı yayımda buna qətiliklə cəhd edə bilmərəm. Mən axmağam, amma o qədər deyil”.
Qeyd edək ki, qrup üzvləri şənbə günü “Zitti e buoni” (Kəs səsini və ağıllı ol) adlı mahnı ilə İtaliyaya üçüncü qalibiyyəti gətirib.
“Maneskin” müsabiqədə 2006-cı ildən sonra qələbə qazanan ilk qrup olub.