Rusiyada faciə: Havaya qalxan batutdan iki azyaşlı yerə çırpıldı
31-05-2021, 15:53
212

Rusiyada faciə: Havaya qalxan batutdan iki azyaşlı yerə çırpıldı

Açıq meydanda quraşdırılmış batutun külək nəticəsində havaya qalxması zamanı iki azyaşlı qız yerə çırpılıb.
Bu barədə "BAZA” "Telegram” kanalı kadrlar yayıb.
 

Hadisə nəticəsində hər iki uşaq ağır xəsarət alıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. Uşaqlardan biri süni tənəffüs aparatına qoşulub.
Batut havaya qalxanda onun üzərində daha iki oğlan uşağı olub, lakin onlar tullanmağa imkan tapıblar.
 
 

 

 

 

 


Oxşar xəbərlər