Fətullah Gülənin qardaşı oğlu saxlanıldı - FOTO
31-05-2021, 16:05
188

Fətullah Gülənin qardaşı oğlu saxlanıldı - FOTO

FETÖ təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülen Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən saxlanılıb.
Yenisabah.az türk mediasına istinadla xəbər verir ki, o, xaricdə tutularaq Türkiyəyə gətirilib.
Məlumata görə, S.Gülen silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir. O, FETÖ-nin gizli quruluşları ilə təşkilatın lideri Fətullah Gülən arasında əlaqəni təmin edirmiş.
Hazırda onunla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər