Son dəqiqə: Türkiyə və Yunanıstan razılığa gəldi
31-05-2021, 16:41
184

Son dəqiqə: Türkiyə və Yunanıstan razılığa gəldi

Yunanıstanda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmkarı Nikos Dendiasla bir araya gəlib.
Tərəflər koronavirus peyvəndlərinin qarşılıqlı tanınması ilə bağlı razılığa gəlib. Bu iki ölkə arasında səyahətlərə imkan verəcək. Dendias bildirib ki, iki ölkə bir çox sahələrdə fikir ayrılıqları olsa da, diplomatların görüşməsi münasibətlərin inkişafına təkan verə bilər.
Çavuşoğlu isə bildirib ki, uzun zamandır həllini gözləyən məsələlər var və Türkiyə ilkin şərt olmadan masaya oturmağa həmişə hazırdır.

Oxşar xəbərlər