Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır
7-06-2021, 15:17
190

Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır

İyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır 
Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” iyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlara başlayır.
Bu barədə “Turkish Airlines” aviaşirkətinin mətbuat xidmətindən bildirilib. 
Qeyd edilir ki, reyslər həftədə iki dəfə yerinə yetiriləcək - çərşənbə axşamı və bazar günləri.
Hələ martin 31-də bilet almış “AnadoluJet”in sərnişinləri biletləri cəriməsiz dəyişə biləcəklər.

Oxşar xəbərlər