Əfqanıstanın iki rayonu Talibanın nəzarətinə keçdi
7-06-2021, 17:13
183

Əfqanıstanın iki rayonu Talibanın nəzarətinə keçdi

Əfqanıstanın Qor və Uruzqan vilayətlərində iki rayon Talibanın nəzarətinə keçib.
Bu barədə Qor valisi Əbdül Zahir Faizzadə mətbuata açıqlamasında deyib.
O bildirib ki, Taliban qruplaşması Qor vilayətinin Şahrek rayonuna hücum edib. Hücum nəticəsində təhlükəsizlik qüvvələri rayon mərkəzindən geri çəkilməyə məcbur olub.
Faizzadə rayonun geri alınması üçün əməliyyat hazırlıqlarının başladığını vurğulayıb.

Oxşar xəbərlər