Baydenlə Putin nələri danışacaq? - Dünya üçün yeni durum yarana bilər
11-06-2021, 21:30
169

Baydenlə Putin nələri danışacaq? - Dünya üçün yeni durum yarana bilər

“Bayden-Putin görüşməsi İsveçrədə, fotoda gördüyüz "La Grange" villasında baş tutacaq. Əsas müzakurə olunacaq məsələ, məncə, Çinin artan nüfuzu olacaq. Əgər ABŞ Çinə qarşı Rusiyaya birgə davranışla bağlı uyğun plan təqdim etsə (yəni sanksiyalar qalxır, Krım Rusiya kimi tanınır və s.) və Rusiya da razılaşsa, dünya üçün yeni durum yaranacaq”.
Bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.
Siyasətçi vurğulayıb ki, bu anlaşma baş tutsa, Qərb Baltikyanı ölkələrdən başqa bütün post-sovet məkanını Rusiyaya güzətdə gedə bilər:
“Bizim üçün ən pisi budur. Hətta məncə, orta və uzun vadədə Qərblə Rusiya Çinə qarşı birləşməyə məhkumdur. Rusiya da anlayır ki, real və faktiki təhlükə onun üçün məhz Çindir. Rəsmi Pekin "yumşaq gücə" arxalanır və uzun zamana "oynayır". Çinin tələsən yeri yoxdur,  bu fəlsəfi yanaşma və zamana oynamaqla Honq-Konqu belə özlərinə qaytara bildilər. Yaxın 30-50 ildə Rusiyanın Uraldan Kuril adalarına qədər, əsasən də, Amur çayı və Baykal ətrafında ən azı 30-50 mln. etnik çinli məskunlaşacaq, bu, qaçılmaz bir prosesdir və rəsmi Moskva bunu yaxşı anlayır”.

Oxşar xəbərlər