Gürcüstanda son vəziyyət AÇIQLANDI - Yoluxanların sayı ARTDI
14-06-2021, 11:05
181

Gürcüstanda son vəziyyət AÇIQLANDI - Yoluxanların sayı ARTDI

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlanıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.
Məlumata görə, ötən sutkada daha 311 nəfər koronavirusa yoluxub, 12 pasiyent vəfat edib. Daha 936 nəfər isə sağalaraq evə buraxılıb.
Hazırkı dövrədək qonşu ölkədə indiyədək COVID-19-a 354 276 yoluxma halı müəyyən edilib. Yolunxanların 340 328-i sağalıb, 5 060-ı dünyasını dəyişib.

Oxşar xəbərlər