Braziliya prezidenti maska taxmadığı üçün növbəti dəfə cərimələndi
14-06-2021, 17:25
164

Braziliya prezidenti maska taxmadığı üçün növbəti dəfə cərimələndi

Braziliyanın prezidenti Cair Bolsonaro maska taxmadığı üçün 110 dollar ( 187 manat) məbləğində cərimələnib.
Sözcü" xəbər verir ki, minlərlə insanla birlikdə motosiklet karvanına qatılan Bolsonaro maska taxmadığı üçün cərimələnib. Bununla bağlı danışan Braziliya prezidenti bildirib ki, peyvənd vurulan şəxslərin maska taxmasına ehtiyac yoxdur:
"Kim bu fikrə qarşı çıxırsa, deməli elmə inancı yoxdur. Çünki peyvənd olunan şəxslərin virusa yoluxmağı mümkün deyil".
Qeyd edək ki, Braziliya prezidenti bundan əvvəl də maska taxmadığı üçün cərimələnib.

Oxşar xəbərlər