Azərbaycanın istifadə etdiyi “Bayraktar”lar, “Harop”lar indi də Almaniyanı “partladır” – ŞƏRH
14-06-2021, 17:43
174

Azərbaycanın istifadə etdiyi “Bayraktar”lar, “Harop”lar indi də Almaniyanı “partladır” – ŞƏRH

Təbliğat tezislərindən kənar deyə bilərik ki, Almaniya ordusunda (Bundesver) vəziyyət o qədər də ürəkaçan deyil.
Düzdür, bütün ölkələrdə ordu çətin və mürəkkəbliyi ilə xarakterizə olunan sistemə malikdir.
Ancaq dünya siyasətində həlledici gücə sahib “Böyük yeddilər”ə daxil olan Almaniyanın silahlı qüvvələrindəki problemlər o həddə çatıb ki, Qərb üçün həll variantları prioritetə çevrilib.
Açıq internet resursları üzərindən araşdırma apararaq Bundesverdəki çatışmazlıqları təsnifatlaşdırmaq mümkündür.
Uzun-uzadı təfsilatlara varmadan təsnifatı ümumiləşmiş qısa tezislərlə çatdıraq:
1. Almaniya ordusu müasir dövrün çağırışlarının tələb etdiyi operativ və çeviklik meyarlarına cavab vermir.
2. Bundesverin arsenalında olan silahlar əməliyyatlarda çeviklik qazana bilmir.
3. Şəxsi heyətin döyüş hazırlığı səviyyəsi aşağıdır.
Bütün bunlar Almaniya ordusuna təhdidlər qarşısında immunitet qazandıra bilmir.
Vətən müharibəsində Azərbaycanın beşinci nəsil silahlar, o cümlədən pilotsuz zərbə aparatları ilə düşmənə endirdiyi zərbələrin səsi Qərbə də “yayıldı”.
ABŞ başda olmaqla NATO-ya üzvü olan digər ölkələrin əsas prioriteti Azərbaycanın balansında olan “Bayraktar” döyüş PUA-sının, “Harop” kamikadze uçuş aparatının əməliyyatlar zamanı apardığı döyüş texnikasını analiz etməkdir.
Almaniyada da məsələ gündəmdədir və Azərbaycanın beşinci nəsil silahları Almaniyanın həsədinə səbəb olub.
Bununla bağlı beynəlxalq mətbuat orqanlarında məqalələr dərc olunub.
Vəziyyət o yerə çatıb ki, Almaniya Müdafiə və Strateji Araşdırmalar İnstitutunun (GIDS) müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi, polkovnik-leytenant Maykl Karl Azərbaycan ordusunun Bundesverdən qat-qat üstün olduğunu vurğulayır.
Maykl Karlın PUA-ların mükəmməlliyi üzərindən irəli sürdüyü arqumentlərindən başa düşülür ki, əgər Bundesver döyüş meydanında Azərbaycanla üz-üzə gəlsəydi, onun heç bir şansı olmazdı.
Onun fikrincə, sağ qalmaq üçün Bundesverin Almaniyanın sahib olduğu, lakin silahlı qüvvələrdə istifadə olunmayan (səs sistemləri kimi) texnologiyalara ehtiyacı var.
Azərbaycan Ermənistanla müharibədə “Hermes-900” pilotsuz aparatından istifadə edib, alman hərbçi Maykl Karl bundan da danışır. Bir az da bu silahın xarakteristikasından yazaq.
“Hermes-900” sələfi “Hermes-450” ilə müqayisədə böyük üstünlüklərə malikdir.
 Müasirləşdirilmiş “Hermes- 900”ün idarəetməsi yerüstü məntəqədən peyk vasitəsi ilə operator tərəfindən həyata keçirilir.
 “Hermes- 900” 9 min metr yüksəkliyə qədər qalxaraq güclü kəşfiyyat apara bilir və 350 kiloqrama qədər yük daşıma qabiliyyətinə malikdir.
Almaniyada həyəcanların yaranması başadüşüləndir, axı dünyanın super gücündə belə silahlar yoxdur.

Oxşar xəbərlər