Əfqanıstanda əhalini peyvəndləyən 4 həkim öldürülüb
15-06-2021, 19:48
182

Əfqanıstanda əhalini peyvəndləyən 4 həkim öldürülüb

Əfqanıstanda əhalini poliomielitə qarşı peyvənd etmək istəyən dörd tibb işçisi öldürülüb.
Hadisə ölkənin şərqindəki Nəngərhar vilayətində baş verib.
Bu gün səhər saatlarında silahlı şəxslər müxtəlif yaşayış məntəqələrində əhalinin poliomielitə qarşı peyvəndlənməsində iştirak edən həkimlərə hücum ediblər. Nəticədə dörd tibb işçisi öldürülüb, daha dörd həkim isə yaralanıb.
Hələ ki, heç bir silahlı qruplaşma hücuma görə, məsuliyyəti öz üzərinə götürməyib (apa)

Oxşar xəbərlər