Rusiyalı turistlər güllələndi - ANBAAN VİDEO
15-06-2021, 19:40
166

Rusiyalı turistlər güllələndi - ANBAAN VİDEO

 Rusiya mətbuatı  xəbər verir ki, restoranda naməlum şəxs kişilərlə bir masada əyləşən xanımlara yaxınlaşaraq onlara sataşıb. 
Həmin şəxs isə ona etiraz edən 35 yaşlı kişiləri güllələyib. 
Yerli sakin tapançanı çıxararaq onlara atəş açmağa başlayıb. Birini dizindən və ayağından, digərini isə sol ayağından vurub, çanaq nahiyəsindən yaralayıb. Zərərçəkənlər xəstəxanaya aparılıblar.
Hadisəni törədən şəxsin də qəlpə yarası aldığı bildirilir. 
Araşdırma nəticəsində şübhəlinin 42 yaşlı Abxaziya vətəndaşı Dmitri Piliya olduğu müəyyənləşib. O, hazırda xəstəxanada nəzarətdədir. 
Bundan əvvəl həmin şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə məhkum edilmişdi.

Oxşar xəbərlər