Ermənistanda nazirin avtomobili qəza törətdi
17-06-2021, 13:53
197

Ermənistanda nazirin avtomobili qəza törətdi

Ermənistanın ərazi idarəetmə naziri səlahiyyətlərini icra edən Suren Papikyanın “Toyota” markalı xidməti avtomobilinin Ararat vilayətinin Surenavan kəndində “Niva” markalı maşınla toqquşması nəticəsində 14 yaşlı oğlan yaralanıb.
Erməni mətbuatı xəbər verir ki, “Niva”nı yeniyetmə idarə edirmiş.
Onun komada olduğu bildirilir.
Kəndin icra nümayəndəsi Karo Karapetyan deyib ki, hadisə zamanı Suren Papikyan avtomobildə olmayıb.

Oxşar xəbərlər