Toy korteji qəzaya düşdü: 4 ölü, 23 yaralı
18-06-2021, 10:57
165

Toy korteji qəzaya düşdü: 4 ölü, 23 yaralı

Misirin cənubundakı Əl-Minya şəhərində zəncirvari qəza baş verib.
"Haber Global” bildirir ki, toy kortejinə daxil olan üç minik avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 4 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Bildirilib ki, yaralılar arasında vəziyyəti ağır olanlar var. Ölənlərin sayının artacağı istisna edilmir.

Hazırda yerli hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər