Dünya
18-06-2021, 14:45
180
Koronavirusa yoluxan yazıçı intihar etdi
Amerikalı yazıçı Haydi Ferrer koronavirusla uzun müddət mübarizə apardıqdan sonra intihar edib.
Xarici media bildirir ki, bu barədə Ferrerin həyat yoldaşı, kinematoqraf Nika Quta istinadla məlumat yayılıb. .
50 yaşlı Ferrer Los-Ancelesdə intihar edib. Onun 13 yaşlı oğlu Brekson qalıb.
Yazıçı COVID-19-a 2020-ci ilin aprel ayında yoluxub, bundan sonra sağlamlıq vəziyyəti davamlı olaraq pisləşib. 2021-ci ilin may ayına qədər yataq xəstəsi olub və davamlı fiziki ağrılardan əziyyət çəkib.
Qadın ağır nevroloji titrəmədən və xəstəliyin bir çox digər ağır əlamətlərindən əziyyət çəkirdi.
Ferrer 1970-ci il mayın 28-də Kanzas ştatının Salina şəhərində anadan olub. O, əvvəlcə aktrisa olmaq istəyib, bunun üçün 80-ci illərin axırlarında Los-Ancelesə gələrək Amerika dramatik incəsənət akademiyasında oxuyub.
Lakin bir neçə il sonra televiziya şouları üçün ssenari yazmağa başlayıb. (lent.az)