Məşhur idmançı tryuk zamanı faciəvi şəkildə öldü - ANBAAN VİDEO
18-06-2021, 15:06
175

Məşhur idmançı tryuk zamanı faciəvi şəkildə öldü - ANBAAN VİDEO

Məşhur motosiklet sürücüsü Aleks Harvil məşq zamanı həyatını itirib.
"Haber Global" xəbər verir ki, ABŞ-ın ekstremal idman növlərində ən çox tanınan siması olan "Daredevil" ləqəbli Harvil idman ictimaiyyətini yasa boğub.
28 yaşlı idmançı rampa konstruksiyasından tullanarkən qəza keçirib. 351 metr tullanma rekordunu qırmaq istəyən Aleks Harvil həyatla vidalaşıb.
Qeyd edək ki, hadisə ilə əlaqədar istintaq başladılıb. Harvil evli olub və iki övladı var.





Oxşar xəbərlər