Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək
21-06-2021, 12:21
263

Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada ATƏT-in Baş katibi Helqa Şmid ilə danışıqlar aparacaq.
Xarici  KİV xəbər verir ki, görüşün gündəliyinə, Qarabağ məsələsi, Dnestryanı münaqişə, Qafqazda sabitlik və digər mövzular daxildir. Lavrov və Şmid ATƏT-in mövcud fəaliyyətini, təşkilatın 2021-ci ilin ikinci yarısında iş planlarını da müzakirə etməyi planlaşdırırlar.
Bu, Baş katibin Rusiyaya ilk səfəridir.

Oxşar xəbərlər