Yeni infeksiya HƏYƏCANI - Daha bir ölkədə görüldü
21-06-2021, 14:42
178

Yeni infeksiya HƏYƏCANI - Daha bir ölkədə görüldü

"Qara göbələk" xəstəliyi ilk dəfə olaraq Argentinada da aşkarlanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.  
Məlumata görə, xəstəxanada koronavirusdan müalicə alan şəxsdə "qara göbələk" infeksiyasına rast gəlinib. Bundan sonra xəstə xüsusi  otağa salınıb. Həkimlər  infeksiyanın yayılmaması üçün xüsusi  tədbirlər görüblər.
Qeyd edək ki, Hindistanda təxminən 10 min insanın yoluxduğu qara göbələk xəstəliyi, 200-dən çox insanın ölümünə səbəb olub. Ölümcül infeksiya bir müddət  əvvəl İraqda və  Meksikada da görülmüşdü.

Oxşar xəbərlər