Lavrovdan çağırış: “Ermənistanda hökumət formalaşana qədər gözləyək“
21-06-2021, 21:53
155

Lavrovdan çağırış: “Ermənistanda hökumət formalaşana qədər gözləyək“

“Gəlin Ermənistan hökumətinin qurulmasını gözləyək”.
TASS xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
“Seçkilər yenicə baş tutub və bu nəticələrin yeni şərtlərdə siyasi həyatın formalaşmasına necə təsir edəcəyi hələ bəlli deyil”.
Lavrov Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticələrinin Qarabağdakı və bölgədəki vəziyyətə necə təsir edəcəyi sualını cavablandırarkən deyib: “Hökumət formalaşana qədər gözləyək. Ən azından müharibəni bitirən üçtərəfli razılaşmaların və bütün iqtisadi formaların razılaşdırılması prosesini başlayan ikinci üçtərəfli razılaşmanın mövcud olduğu fərziyyəsindən çıxış edirik. O, razılaşmalar işləkdir və bütün tərəflərin maraqlarına cavab verir”.

Oxşar xəbərlər