Qarabağda ermənilər arasında qarşıdurma güclənir: Araik mitinq keçirəcək
22-06-2021, 17:03
175

Qarabağda ermənilər arasında qarşıdurma güclənir: Araik mitinq keçirəcək

Qondarma rejimin başçısı Araik Arutyunyan bu gün axşam saatlarında Xankəndində mitinq keçirməyi planlaşdırır.
Bu barədə o, öz “Facebook” hesabında paylaşım edib.  “Son günlərdə Qarabağda yaranan daxili siyasi gərginliyi və son aylarda yığılan sualları nəzərə alaraq bu gün Xankəndindəki İntibah Meydanındakı insanlara müraciət edəcəyəm. Bəzi insanların mənə qarşı aqressiv münasibətlərinə baxmayaraq, mən bütün Qarabağ vətəndaşlarına qarşı məsuliyyət daşıyıram”,-deyə separatçı qeyd edib. O bütün erməniləri bu mitinqdə iştirak etməyə səsləyib.
Xatırladaq ki, dünən Xankəndində Arutyunyanın istefası tələbi ilə mitinq keçirilib.

Oxşar xəbərlər