Hərbi helikopter qəzaya uğradı: 17 əsgər həlak oldu (VİDEO)
24-06-2021, 16:15
189

Hərbi helikopter qəzaya uğradı: 17 əsgər həlak oldu (VİDEO)

Keniyanın paytaxtı Nairobidə təlim üçün havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.  
Xarici KİV  xəbər verir ki,  Keniya Müdafiə Qüvvələri (KDF) sözçüsü Zipporah Kioko, Hava Qüvvələrinə aid Mi-171E tipli helikopterin, yerli vaxtla 09:00 radələrində paytaxt Nairobinin cənub-qərbindəki Ngongda qəzaya uğradığını bildirib. 
Qəza nəticəsində 17 əsgər həlak olub. Keniya mediası təyyarənin göyərtəsində ümumilikdə 23 nəfərin olduğunu bildirir. 
Helikopterin qəzaya uğramasının səbəbi hələ məlum deyil.

Oxşar xəbərlər