ABŞ-da bina çöküb: 100 nəfər dağıntılar altında qaldı (YENİLƏNİB)
25-06-2021, 10:40
174

ABŞ-da bina çöküb: 100 nəfər dağıntılar altında qaldı (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, ABŞ-ın Florida ştatında 12 mərtəbəli bina çöküb. 
Hadisə  yerinə xilasedicilər  cəlb olunub.  Belə ki, 3 nəfərin cansız bədəni aşkarlanaraq, ailələrinə təhvil verilib.  Səlahiyyətli şəxslər  binadan 35 nəfəri çıxardıqlarını  və daha 100 nəfərin axtarışının davam etdiyini  bildirib.  
Axtarışlar davam edir. 
****
ABŞ-ın Florida ştatının Miami şəhərində çoxmərtəbəli bina çöküb. 
Hadisədən sonra bölgəyə polis, xilasetmə və axtarış qurtarma qrupları göndərilib. İtkilərin olub-olmadığı barəsində ərazidə  axtarış işləri  aparılır. 
12 mərtəbəli olduğu və 1981-ci ildə inşa edildiyi bildirilən binanın çökmə səbəbi məlum deyil. 

Oxşar xəbərlər