İrandan Azərbaycana 70 kilo narkotik keçirmək istədilər
25-06-2021, 19:07
187

İrandan Azərbaycana 70 kilo narkotik keçirmək istədilər

İranla sərhəddə külli mqidarda narkotik ələ keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin keçirdiyi tədbirlər nəticəsində çəkisi 70 kilo­qram 405 qram narkotik vasitənin, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
İyun ayının 20-də saat 2 radələrində Füzuli rayonunun “Bala-Bəhmənli” sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Horadiz-Bakı avtomagistral yolunun yaxınlığındakı ərazidən bağlama götürərək uzaqlaşmağa çalışan 1 nəfər şübhəli şəxs saxlanılıb.
Saxlanılan şəxsin Bakı şəhər sakini 35 yaşlı Piriyev Məhərrəm Vahab oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 34 kiloqram 800 qram narkotik vasitə (26400 qram heroin, 2000 qram “metamfetamin” və 6400 qram marixuana) aşkar olunaraq götürülüb.
İyun ayının 22-də İmişli rayonunun “Bəhrəmtəpə” sərhəd zasta­va­sının ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulacağı barədə daxil olmuş məlumatla əlaqədar dövlət sərhədinin mühafizəsi gücləndirilmiş üsulla təşkil edilərək, ərazidə əlavə heyət yerləşdirilib. Saat 3 radələrində dövlət sərhədinin pozulması aşkar edildikdən sonra dərhal sərhəd pozucularının təqibinə başlanılıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bəh­rəm­təpə-Bakı avtomagistral yolu istiqamətində “MAZ” markalı 66-BN-623 dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıblar.
Yevlax şəhər sakinləri 40 yaşlı İbadi Ceyhun Tofiq oğlu və 39 yaşlı Xalıqverdiyev Elçin Eyvaz oğlu olmaları müəyyən­ləşdirilən şəxslərin üzərindəki 2 ədəd bağla­manın içərisindən təxmini çəkisi 35 kiloqram 605 qram narkotik vasitə (26 442 qram heroin, 5863 qram marixuana, 3300 qram “metamfetamin”), 920 ədəd “metadon M-40” və 150 ədəd “preqabalin” həbləriaşkar olunaraq götürülüb.
Faktlar üzrə cinayət işləri başlanılıb. Saxlanılan şəxslər təqsirlən­dirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçil­ib. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Oxşar xəbərlər