Maskaya görə 200 dollar cərimələndi
29-06-2021, 12:46
229

Maskaya görə 200 dollar cərimələndi

Avstraliya baş nazirinin müavini Barnabi Coys pandemiyaya qarşı mübarizə qaydalarını pozduğuna görə 200 dollar(Avstraliya dolları-red.) cərimə olunub.
Xarici KİV xəbər verir ki, Coys ictimai yerdə tibbi maskadan istifadə etmədən hərəkət etdiyinə görə cərimələnib. Maraqlıdır ki, vətəndaşlardan biri onun maskasız gəzdiyini görəndən sonra ərazidəki polisə müraciət edib.

Oxşar xəbərlər