Çin 70 il sonra bunu bacardı - ÜST aşqışladı
30-06-2021, 14:49
187

Çin 70 il sonra bunu bacardı - ÜST aşqışladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin 70 illik mübarizədən sonra malyariyadan tamamilə azad olduğunu açıqlayıb.
Beləliklə, Çin ÜST tərəfindən "ixtisas sertifikatı" ilə təltif olunan 40-cı ölkə, Qərbi Sakit Okean Bölgəsində isə bu sertifikatı 30 ildən sonra alan ilk ölkə olub. Sertifikat almış bölgənin digər ölkələri arasında Avstraliya (1981), Sinqapur (1982) və Bruney (1987) var.
 Qeyd edək ki, malyariya dünyada hər il 400 mindən çox insanın ölümünə səbəb olur.

Oxşar xəbərlər