Qonşu ölkədə komendant saatı ləğv edildi
30-06-2021, 20:19
167

Qonşu ölkədə komendant saatı ləğv edildi

Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan komendant saatı ləğv olunur.

Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının müvafiq qərarı bu gün saat 23:00-dan etibarən qüvvəyə minəcək.

Qonşu ölkədə komendant saatı ötən ilin noyabrın 28-dən tətbiq olunub. Ölkə üzrə saat 21:00-dan 05:00-dək piyadalar və avtomobillərin hərəkəti qadağan edilirdi.

Bu ilin iyunun 1-dən məhdudiyyət müddəti qısaldılaraq saat 23:00-dan 04:00-dək qüvvədə qalırdı.

Oxşar xəbərlər