Ruhani Baydenə çağırış etdi
30-06-2021, 16:29
151

Ruhani Baydenə çağırış etdi

İran prezidenti Həsən Ruhani nüvə razılaşmasının sürətlə həyata keçirilməsi üçün ABŞ prezidenti Co Baydenə çağırış ünvanlayıb.
Xarici KİV xəbər verir ki, bu barədə Ruhani Nazirlər Kabinetinin iclasında məlumat verib. O bildirib ki, məsələnin tez həll olunması üçün hər iki tərəf də vaxtında lazımi addımlar atmalıdır. Ruhani çıxışında onu da qeyd edib ki, Bayden sanksiyaları ləğv etməzsə, seçicilərinə xəyanət etmiş olacaq. Çünki Bayden seçkilər vaxtı sanksiyaların ləğv ediləcəyi ilə bağlı seçicilərinə söz verib.

Oxşar xəbərlər