Bəhreyn İsrailə səfir təyin etdi
30-06-2021, 22:32
166

Bəhreyn İsrailə səfir təyin etdi

Bəhreyn kralı Hamad bin İsa Əl Xəlifə İsrailə səfir təyin edib.
“Time of İsrael” xəbər verir ki, Bəhreynin İsrailə təyin olunan səfirinin adı Xalid Yusif Əl-Cəlahmandır. Məsələ ilə bağlı danışan Bəhreyn kralı İsraillə diplomatik münasibətlərin yaxşılaşmasından məmnun olduğunu dilə gətirib.
Qeyd edək ki, İsraillə Ərəb ölkələrinin diplomatik münasibətlərinin normallaşması istiqamətində görülən işlər davam etdirilir. Bu çərçivədə dünən BƏƏ-də İsrailin baş konsulluğu açılıb.

Oxşar xəbərlər