Rusiyada bir gündə 622 nəfər COVID-19-dan öldü
1-07-2021, 12:59
163

Rusiyada bir gündə 622 nəfər COVID-19-dan öldü

Rusiyada son sutka ərzində daha 23 543 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Rusiyada COVID-19-a yoluxanların sayı 5 538 142 nəfərə çatıb.
Son sutka ərzində 622 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 135 836 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Oxşar xəbərlər