Tunisdə ən yüksək gündəlik yoluxma sayı qeydə alındı
1-07-2021, 19:12
230

Tunisdə ən yüksək gündəlik yoluxma sayı qeydə alındı

Tunisdə koronavirusa yoluxanların və həmin xəstəlikdən ölənlərin sayı artıb.
"AA" xəbər verir ki, bu barədə Tunis Səhiyyə Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, son 24 saat ərzində COVID-19-a 5 min 921 nəfər yoluxub, 116 nəfər isə ölüb.
Verilən məlumata görə, bu göstəricilər Tunisdə pandemiya başladığı gündən indiyə kimi ən yüksək gündəlik yoluxma sayıdır.
Qeyd edək ki, Tunisdə yeni növ koronavirusa yoluxanların ümumi sayı 420 min 103 nəfər, ölənlərin sayı isə 14 min 959 nəfərdir. 354 min 441 nəfər isə müalicə alaraq sağalıb.

Oxşar xəbərlər