Köpək balığı paraşütdə olan adama hücum etdi - VİDEO
2-07-2021, 11:16
154

Köpək balığı paraşütdə olan adama hücum etdi - VİDEO

İordaniyanın Aqaba şəhərində köpək balığı paraşütdə olan adama hücum edib.
Bu barədə "Daily Mail” xəbər verir.
Hadisə 37 yaşlı paraşütçünün qayığa bağlı paraşütlə dənizin üstündən keçərkən baş verib. Qəflətən köpək balığı sudan tullanaraq onun ayağından dişləyib.
Hücum nəticəsində kişi sağ ayağının bir hissəsini itirib. Bundan əlavə, bir neçə sınıq və əzələ yaralanması ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin stabil olduğu bildirilir.

Oxşar xəbərlər