"Instagram"da dəyişiklik gözlənilir: Foto olmayacaq
2-07-2021, 14:14
161

"Instagram"da dəyişiklik gözlənilir: Foto olmayacaq

Məşhur sosial media platforması olan "Instagram"da bir sıra yeniliklər  gözlənilir. 
Bu barədə platformanın rəhbəri Adam Mosseri açıqlama yayıb. O bildirib ki, artıq "Instagram" foto paylaşılan tətbiq deyil.
"TikTok" və "YouTube" kimi platformalarla rəqabətə girəcəklərini vurğulayan Mosseri, ənənəvi kvadrat formasında paylaşılan görüntülərin yerini tam ekran videoların alacağını bildirib. O, "Instagram"ı daha əyləncəli tətbiqə çevirmək istiqamətində atılan yeniliyin bununla bitməyəcəyini də açıqlayıb.

Oxşar xəbərlər